Naxçıvanda "ASAN xidmət"də YAP partiya təşkilatı yaradılıb | FOTOLAR

Naxçıvanda "ASAN xidmət"də YAP partiya təşkilatı yaradılıb |  FOTOLAR
  13 Oktyabr 2025    Oxunub:819
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib.
AzVision.az xəbər verir ki, Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın banisi, Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafında və dövlətçiliyin möhkəmlənməsindəki tarixi xidmətlərini qeyd edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu möhkəm təməl üzərində ölkəmizi yeni uğurlara aparır. O, YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdırıb və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP dahi liderin milli dövlətçilik ideyalarına sadiq qalaraq onların həyata keçirilməsini ardıcıl şəkildə təmin edib. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həm Azərbaycan, həm də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası dinamik inkişaf və tərəqqi yolu keçib.

Tədbirdə təşkilatı məsələlərə baxılıb, ərazi partiya təşkilatının sədri və müavini seçilib.



AzVision.az


Teqlər: Naxçıvan   ASAN   YAP  



Xəbər lenti